Maaş və təqaüdlər bu qədər artacaq - AÇIQLAMA
16 Oktyabr 2024
13:25 - 6 Avqust 2024
İngiltərə Baş naziri Keir Starmer ölkədə ifrat sağçı ekstremistlərin küçə hərəkətlərinin etiraz deyil, “tamamilə zorakılıq” olduğunu söyləyərək:
“Məscidlərə və müsəlman icmalarına qarşı hücumlara səssiz qalmayacağıq”, - deyə vurğulayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, avqustun 2-də şəhərdəki “Məscid-i Ənvar-e Mədinə” məscidinin qarşısında toplaşan ifrat sağçı kütlə polislə toqquşub. İfrat sağçılar şəhərdəki polis idarəsini yandırarkən, bəzi dövlət qurumlarını da yandırmaq istəyiblər.
Hadisələr nəticəsində 3 polis əməkdaşı yaralanıb və 10 nəfər ifrat sağçı ekstremist saxlanılıb.
Növbəti günlərdə də davam edən etirazlarda polis və etirazçılar arasında gərgin qarşıdurmalar yaşanıb.
Baş verən indisentlərdən sonra, avqustun 6-da Britaniyada Fövqəladə Nazirlər Kabinetinin (COBRA) iclası keçirilib.
İclasda çıxış edən İngiltərənin Baş naziri İfrat sağçı ekstremistlərin küçə hadisələrinin "etiraz deyil, sırf şiddət" olduğunu, məscidlərə və müsəlman icmalarına edilən hücumlara səssiz qalmayacaqlarını vurğulayıb.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin