logo
logo logo
logo

Pakistanda leysan - Ölən və yaralananlar var

17:51 - 14 İyun 2026

Pakistanda leysan - Ölən və yaralananlar var

Pakistanın Xayber-Paxtunxva vilayətində əlverişsiz hava şəraitinin fəsadları səbəbindən azı yeddi nəfər ölüb, 33 nəfər xəsarət alıb.


Manset.az xəbər verir ki, bu barədə Dawn vilayətin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinə (PDMA) istinadən məlumat yayıb.

İdarənin məlumatına görə, güclü yağış və külək səbəbindən bir neçə dairədə, o cümlədən Bannu, Şanqla və Mansehrədə damların və divarların uçması nəticəsində yeddi nəfər, o cümlədən iki uşaq, dörd kişi və bir qadın ölüb. Xəsarət alan 33 nəfər arasında yeddi kişi, 12 qadın və 14 uşaq var.

Qeyd olunur ki, zərərçəkmiş bölgələrdə fəsadların aradan qaldırılması və sakinlərin xilas edilməsi üzrə gücləndirilmiş işlər aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az