Dünya çempionatında Türkiyə millisini 2:0 hesabı ilə məğlub edən Avstraliyanın baş məşqçisi Toni Popoviç oyunun belə nəticələnməsinə görə çox sevindiyini bildirib.
Manset.az xəbər verir ki, T. Popoviç bunu matçdan sonra SBS telekanalının efirində deyib.
"Burada baş məşqçi kimi olmağımdan qürur duyuram", - o vurğulayıb və komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edib.
Popoviç yığmanın oyununu belə qiymətləndirib:
"Heyətin işi və məşqçi skamyasında qəbul edilən doğru qərarlarla qürur duyuram. Mən onları istiqamətləndirməyə, oyunçuları dəstəkləməyə çalışdım və onlar özlərini mükəmməl göstəriblər".
Qeyd edək ki, Türkiyənin baş məşqçisi Vinçentso Montella azarkeşlərə növbəti oyunda daha yaxşı nəticə vəd edib.