Tanınmış jurnalist KATV1-in fəaliyyətini sərt tənqid edib.
Manset.az-ın məlumatına görə, İTV-nin idman departamentinin rəhbəri Kənan Hakimov KATV1-də internetin olmadığını bildirib:
“Heç vaxt belə postlar yazmamışam. Özümə sığışdırmamışam. Amma məcbur edirlər. Artıq neçə gündür KATV1 də internet yoxdur. Pulu qabaqcadan ödəyirsən, amma internet yoxdur! Neçə gündür öz cibimdən əlavə internet alıram. Məhkəməyə verib bu əsəb, dəymiş maddi və mənəvi ziyana görə təzminat ala bilərəm? Operatorların standart cavabı kabel zədələnib, problem qısa zamanda həll ediləcək. Qısa zaman dedikləri artıq üçüncü gündür davam edir...”
Manşet.az