ABŞ-nin İraqdakı Əl-Əsəd hərbi hava bazasına raket hücumu olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumla bağlı ilk qiymətləndirməni edən ABŞ rəsmiləri Əl Əsəd hava bazasına edilən hücumun raket hücumu olduğunu və hücumda bəzi Amerika əsgərlərinin yaralandığını bildirib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hadisə ilə bağlı hələ rəsmi açıqlama verməsə də, İran və İsrail arasında artan gərginliyin davamı olaraq sözügedən hücumun İranın dəstəklədiyi qruplar tərəfindən həyata keçirilib-keçirilmədiyi hələlik məlum deyil.
Fidan Əliyeva
Manşet.az