Maaş və təqaüdlər bu qədər artacaq - AÇIQLAMA
16 Oktyabr 2024
22:57 - 6 Avqust 2024
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.
Manset.az xəbər verir ki, 130 kiloqramda mübarizə aparan idmançı iranlı dünya çempionu Amin Mirzəzadə ilə qarşılaşıb.
Görüşün ilk hissəsi rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci yarıda qaşından ciddi zədə alan S.Şəriəti tibbi müdaxiləyə ehtiyac duyub.
Yekunda rəqibinə 0:4 hesabı ilə uduzan güləşçimiz 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin