Media nəhəngi Disney, Avropa və İngiltərədə daha çox serial və xüsusilə super qəhrəman filmləri istehsal etmək üçün təxminən 5 milyard dollar (4,58 milyard avro) investisiya etməyi planlaşdırdığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 5 milyard dollarlıq investisiya beş il ərzində 1 milyard dollarlıq dilimlərə bölünəcək və Disney bu sərmayələri filmlər, National Geographic və digər televiziya istehsalı, Disney+ platformasında yayımlanacaq proqramlar üçün istifadə edəcək. Bu investisiyanın Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üçün nəzərdə tutulmasına baxmayaraq, daha çox Böyük Britaniya və Avropada istifadə olunacaq.