Qədim şəhərin divarını yazan turist 102 min cərimələndi

16:30 - 12 Avqust 2024

Qədim şəhərin divarını yazan turist 102 min cərimələndi

İtaliyanın qədim Pompey şəhərində britaniyalı turist 60 min avro, təxminən 102 min manat cərimələnib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb onun Pompey şəhərində evin divarına qızlarının baş hərflərini həkk etməsi olub.

Qədim şəhərdə təhlükəsizlik işçiləri tərəfindən cinayət başında yaxalanan 37 yaşlı turist 60 min avro cərimələnib.

Cinayətini etiraf edən və "tarixi evlərə ziyan vurduğuna görə peşman olduğunu" bildirən britaniyalı turistin getdiyi yerlərdə "ailəsindən bir xatirə buraxmaq istədiyini" söylədiyi qeyd edilib.
Səlahiyyətlilər bəyan ediblər ki, britaniyalı turist cəriməni ödəməkdən imtina edərsə, həbs cəzası ala bilər.

 

Fidan Əliyeva

Manset.az
 


Xəbər xətti

13 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin