"Qalatasaray" basketbol komandasının 2024-25 mövsümünün hazırlıq dövrünün ilk mərhələ proqramı açıqlanıb.
Manset.az bu barədə xarici mediaya istinadən məlumat verir.
Klubdan edilən şərhə görə, 28 Avqust Çərşənbə günü Büyükçekmece yoldaşlıq görüşünə qədər hazırlığını İstanbulda davam etdirəcək sarı-qırmızılı komanda ilk mərhələ məşqinin son hissəsini 29 avqust-6 sentyabr tarixləri arasında İtaliyanın Bormio şəhərində keçirəcək.