Bakıda COP 29-a görə bu günlərdə İŞ OLMAYACAQ
14 Sentyabr 2024
16:58 - 15 Avqust 2024
İsrail qüvvələri Hebronun Vadi Semin məhəlləsində evlərə basqınlar zamanı 5 Fələstin vətəndaşını saxlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yerli mənbələr İsrail ordusunun xüsusi təyinatlı qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı Tulkerim şəhərində 2 gənci saxladığını bildirib.
İordan çayının qərb sahilindəki Hebron şəhərinin cənubunda yerləşən Fəvvər Qaçqınlar Düşərgəsinə təşkil edilən basqında bir fələstinli gənc, İsrail ordusunun şəhərdə keçirdiyi basqın zamanı isə bir gənc evində saxlanılıb.
Qeyd edək ki, İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb. Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumlarında 632 fələstinli həyatını itirib, təxminən 5400 fələstinli isə yaralanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin