Ukrayna Baş Qərargahının rəisi, polkovnik Aleksandr Sırski bildirib ki, Ukrayna qoşunları Rusiyanın Kursk vilayətində onlarla kənd və min kvadrat kilometrdən çox ərazini nəzarətə götürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Ali Baş Komandanı Sırski, Kursk bölgəsində əməliyyatlar başlayandan bəri əsgərlərin ümumilikdə 35 kilometr dərinliyə qədər irəlilədiyini bəyan edib.
"Biz 1150 kvadrat kilometr ərazini və 82 yaşayış məntəqəsini nəzarətə götürdük".
Manşet.az