Qərbi Azərbaycan İcması Ermənistan prezidentinə cavab verdi
13 Oktyabr 2024
09:32 - 17 Avqust 2024
ABŞ-da 48 il həbs cəzası çəkən kişiyə bəraət verilib.
Manset.az Lent.az-a istinadla bildirir ki, 1974-cü ildə Qlinn Ray Simmons Oklahoma ştatında soyğunçuluq və qətldə şübhəli bilinərək edam cəzasına məhkum edilib. Sonradan bu qərar ömürlük cəza ilə əvəzlənib.
O, 2023-cü ildə verdiyi şikayət əsasında sərbəst buraxılıb. Simmons polisin sənədləri təhrif etdiyini və prokurorluğun məhkəmə gedişatında dəlilləri açmadığını iddia edərək 7.15 milyon dollar təzminat tələb edib. Keçmiş məhkum bu iddia ilə çıxış etdiyi məhkəməni qazanıb.
1974-cü ildə məhkum olunan kişinin adı günahsız yerə ən çox həbsdə yatan şəxs olaraq beynəlxalq siyahıya salınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin