Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə rayonun Goranboy-Goran yolunda qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusun qarşısına digər avtomobil çıxıb.
Nəticədə idarəetmədən çıxan mikroavtobus yol nişanına çırpılıb.
Qəza zamanı 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.Yaralılara yardım edilib, daha sonra onlar evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.