Həmin yanğına səbəb siqaret kötüyü olubmuş - VİDEO

08:53 - 19 Avqust 2024

Həmin yanğına səbəb siqaret kötüyü olubmuş - VİDEO

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m. sahədə yanıb və hadisə nəticəsində isə 1 nəfər yanaraq ölüb.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Çernyayevski küçəsi, 9 ünvanında baş verib.

Mənzillərdən birindən tüstü çıxdığını görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər.

Onların sözlərinə görə, yataq xəstəsi olan yaşlı kişi həyat yoldaşı ilə yaşayırmış. Qadın səhər işə gedəndən sonra bədbəxt hadisə baş verib.

Məlumata görə, sözügedən faciəyə səbəb siqaret kötüyü olub. 

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az