ABŞ və Cənubi Koreya qarşılıqlı müdafiə əməkdaşlığını gücləndirmək üçün yeni addım atıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ABŞ hökuməti Cənubi Koreyaya 3,5 milyard dollar, təxminən 6 milyard manat dəyərində hərbi texnika, o cümlədən "Apache" hücum helikopterlərinin satışını təsdiqləyib.
"Bu potensial satış Cənubi Koreyanı regional əməliyyatlarda iştirak edə biləcək əhəmiyyətli qüvvə ilə təmin edəcək, cari və gələcək təhdidlərə cavab vermə qabiliyyətini artıracaq" , - deyə Cənubi Koreya Müdafiə Nazirliyindən bildirilib.
Xatırladaq ki, avqustun 18-də Birləşmiş Ştatların Müdafiə Nazirliyi tərəfindən verilən birgə bəyanatda ABŞ, Yaponiya və Cənubi Koreyanın üçtərəfli birgə təlimlər təşkil etmək barədə razılığa gəldiyi bildirilib.
Fidan Əliyeva
Manşet.az