“Qalatasaray” ilk matçda uduzdu - ÇL-də GECƏNİN NƏTİCƏLƏRİ

01:42 - 22 Avqust 2024

“Qalatasaray” ilk matçda uduzdu - ÇL-də GECƏNİN NƏTİCƏLƏRİ

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Manset.az xəbər verir ki, ikinci oyun günündə 4 matç keçirilib.

Türkiyə “Qalatasaray”ı səfərdə İsveçrə “Yanq Boyz”una 2:3 hesabı ilə uduzub.

İstanbul təmsilçisinin heyətində Mişi Batşuayi dubl edib.

Qeydə alınan digər nəticələr aşağıdakı kimidir:

“Dinamo” (Kiyev, Ukrayna) –  “Zalsburq” (Avstriya) - 0:2

“Midtüllan” (Danimarka) – “Slovan” (Slovakiya) - 1:1

”Malmö” (İsveç) – “Sparta” (Çexiya) - 0:2

Qeyd edək ki, pley-offun cavab matçları 27-28 avqust tarixlərində keçiriləcək.


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin