Bakının daha bir küçəsi bağlanır

11:15 - 27 Avqust 2024

Bakının daha bir küçəsi bağlanır

Bu gündən etibarən Bakının daha bir küçəsində hərəkət məhdudlaşdırılacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə xəbərdarlıq edib. 

Bildirilib ki, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi” istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilir.


Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin