Bakıda oğurluq edən dəstə ələ keçirildi

13:20 - 27 Avqust 2024

Bakıda oğurluq edən dəstə ələ keçirildi

Yasamal rayonu F.İbrahimbəyov küçəsində bir nəfərin 770 manat və mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər O.Fətəliyev, əvvəllər məhkum olunmuşlar C.Axundov, T.Cabbarov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az