“Qarabağ" həndbol klubu Özbəkistan millisinə qalib gəldi

21:18 - 28 Avqust 2024

“Qarabağ

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirdə növbəti oyun keçirilib.

 

Manset.az xəbər verir ki, “AHF Arena”da təşkil olunan yarışda "Qarabağ" klubu Özbəkistan millisini sınağa çəkib. Görüş Ağdam təmsilçisinin 28:27 hesablı qələbəsi ilə başa çatıb.

Günün ilk qarşılaşmasında Qazaxıstanın "Astana" komandası "Kür"ü üstələyib - 36:26.

Qeyd edək ki, qadınlardan ibarət 6 komandanın iştirak etdiyi turnirə sentyabrın 1-də yekun vurulacaq.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin