Xəstəxanada cibgirlik edən şəxs saxlanıldı - VİDEO

11:25 - 29 Avqust 2024

Xəstəxanada cibgirlik edən şəxs saxlanıldı - VİDEO

Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini xəstəxanada olarkən cibində olan 530 manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Zavur Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Z.Həsənovun digər analoji cinayətlər törətdiyi istisna edilmir.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.

 


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin