“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu
13 Oktyabr 2024
09:09 - 3 Sentyabr 2024
Türkiyəli futbolçu Kerem Aktürkoğlunun yeni klubu bəlli olub.
Manset.az xəbər verir ki, "Qalatasaray"ın sabiq hücumçusu Portuqaliyanın "Benfika" klubuna transfer olunub.
Bununla bağlı Portuqaliya klubu sosial media hesabında məlumat paylaşıb.
Bildirilib ki, Aktürkoğlu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Bu transfer "Benfika"ya 11 milyon avroya başa gəlib.
Qeyd edək ki, futbolçu 2021-ci ildə "Erzincanspor"dan "Qalatasaray"a transfer olunub. O, "sarı-qırmızılar"la 179 dəfə meydana çıxıb. Bu oyunlarda 46 qol vurub, 42 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.
Bundan əvvəl Rusiyanın "Spartak" klubu Kerem Aktürkoğlunu transfer etmək istəyirdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin