Telegram nümayəndələri dərin saxtakarlıqlara görə Cənubi Koreya rəsmilərindən üzr istəyiblər.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, bir neçə gün öncə Cənubi Koreyada "Telegram" vasitəsilə hakimiyət orqanları ilə bağlı cinsi məzmunda saxta xəbərlər yayılmışdı.
Məsələ ilə bağlı "Telegram" nümayəndələri Cənubi Koreyanın hakimiyyət orqanlarına rəsmi məktub ünvanlayıb.
Messencer bu videoların silindiyini də açıqlayıb.
Həmçinin Cənubi Koreya hakimiyyəti öz növbəsində Telegram-da qadağan olunmuş məzmunun görünməsinə daha yaxşı cavab vermək üçün “qaynar xətt”in yaradılmasına ümid etdiyini bildirib.