Ali Rada Ukraynanın Dövlət Əmlak Fondunun rəhbəri Vitali Kovalı vəzifəsindən azad edə bilməyib.
Manset.az xəbər verir ki, bu barədə parlamentin üzvü Yaroslav Jeleznyak məlumat verib.
Məlumata görə, buna səbəb müvafiq qətnaməni tələb olunan minimum 226 səslə 225 deputat dəstəkləməsi olub.
Bu o deməkdir ki, Kovalın işdən çıxarılması üçün sadəcə bir səs kifayət etməyib.
Qeyd edək ki, o, 2023-cü ilin noyabrından Ukraynanın Dövlət Əmlak Fonduna rəhbərlik edir.
Fidan Əliyeva
Manşet.az