"Qalatasaray" la müqaviləsi qarşılıqlı olaraq ləğv edilən fransız sağ cinah müdafiəçisi Leo Dübua Trendyol Superliqasının yeni komandalarından "Eyüpspor"a transfer olunub.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İmzalanmadan sonra açıqlama verən "Eyüpspor" vitse-prezidenti Fatih Kulaksız bu barədə açıqlama verib:
"Transfer dövrü başlayandan bəri Leo Dubois sağ cinah müdafiəsi mövqeyində siyahının başında idi. Uzun səylərdən sonra onu transfer edə bildik. O, "Qalatasaray"dan yaxşı tanıdığımız bir oyunçu idi".