"Qarabağ" - "Malmö" matçında ikinci hissə başladı - YENİLƏNİB + CANLI
3 Oktyabr 2024
11:00 - 10 Sentyabr 2024
Millətlər Liqasının ilk turu çərçivəsində Azərbaycan millisinin İsveçlə qarşlaşmasında yaşanan qalmaqal ictimaiyyətin gündəmindən düşmək bilmir. Söhbət ilk hissəsinin son dəqiqələrində hücumçu Ramil Şeydayevin kapitan Emin Mahmudovdan əlindən topu alaraq penaltini vurmaq istəməsi və zərbəni dəqiq yerinə yetirə bilməməsidir. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında baş məşqçi Fernandu Santuş komandanın əsas penalti vuranının Mahmudov olduğunu və baş verənlərə komanda daxilində aydınlıq gətiriləcəyini bildirmişdi. Portuqaliyalı mütəxəssisin vəziyyətdən narazı olduğu açıq-aşkar sezilirdi.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, hadisədən sonra Santuş komanda daxilində kiçik iclas keçirib. Bütün futbolçulara analoji hadisənin təkrarlanmaması yönündə tapşırıq verib. O, Ramil və Eminə üzünü tutaraq onları danlayıb. Bildirib ki, bu hərəkətləri komandaya baha başa gəlib və haqlı olaraq tənqid olunurlar. Baş məşqçi xüsusilə kapitan Mahmudovdan möhkəm xarakter göstərməsini və yeri gəldikdə komanda içində sərt olmasını istəyib. Yumşaq davranışın həm özünə, həm komandaya faydalı olmadığını bildirib.
Santuş sözügedən futbolçulara eyni hal yaşanacağı halda ağır cəza veriləcəyi, hətta milliyə çağırılmayacaqlarını söyləyib. O, fikrində ciddi olduğunu göstərmək üçün həm Ramil, həm də Emili Slovakiya ilə oyunda ehtiyatda oturdub. Şeydayevi sonradan oyuna buraxsa da, Eminə şans verməyib.
Santuş komanda üzvlərindən birlik tələb edib, yeri gələndə bir-biriləri üçün döyüşmələrini istəyib. O, bunun uğurun əsas sirri olduğunu bildirib. "Belə olan halda azarkeşlər də sizə ürəkdən dəstək olacaqlar və stadionları dolduracaqlar", - deyə 69 yaşlı məşqçi bildirib.
Qeyd edək ki, millimiz İsveçə 1:3, Slovakiyaya isə 0:2 hesabı ilə məğlub olub. C liqasının 1-ci qrupunda yer alan yığmamız 2 turdan sonra xal toplaya bilməyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin