Elmin Həsənov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəis vəzifəsinə təsdiqlənib.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Həsənov Elmin Ağamusa oğlu 4 iyun 2024-cü il tarixli əmrlə yeni yaradılan Bələdiyyələrlə İş Baş İdarəsinə rəhbərlik edirdi.
O, bundan əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini vəzifəsini tutub.