ABŞ və Çin rəsmiləri görüşdü

15:48 - 10 Sentyabr 2024

ABŞ və Çin rəsmiləri görüşdü

ABŞ Çin arasında hərbi əlaqə ABŞ Nümayəndələr Palatasının rəsmi nümayəndəsi Nensi Pelosinin 2022-ci ilin avqustunda Çinin öz ərazisi olduğunu iddia etdiyi Tayvana səfərindən sonra dayandırılmışdı.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ABŞ və Çin hərbi rəsmiləri iki ölkə arasında hərbi əlaqəni bərpa etmək üçün son 2 ildə ilk görüşünü keçirib.

Görüş çərçivəsində ABŞ-nin Hind-Sakit Okean Komandiri Samuel Paparo Çin Xalq Azadlıq Ordusunun (PLA) Cənub Cəbhəsinin komandanı Vu Yanan ilə videokonfrans vasitəsilə keçirilib.

Sözügedən görüş Pekin administrasiyasının Cənubi Çin dənizində və Tayvana qarşı hərəkətləri də daxil olmaqla, son aylarda regional gərginliyin yaşandığı ABŞ və Çin arasında yüksək səviyyəli hərbi əlaqənin mərhələli şəkildə bərpası istiqamətində konstruktiv addım hesab olunur.

 

 


Xəbər xətti

8 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin