Ərdoğan oktyabrın 23-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 21-26-da Nyu-Yorkda BMT Baş Assambleyasında, oktyabrda isə Kazana gedəcək və 23-24-də BRİKS sammitində iştirak edəcək.
Xatırladaq ki, sentyabrın 2-də Türkiyə BRİKS-ə üzv olmaq üçün rəsmi ərizə təqdim etmişdi.