Məşhur kanalın jurnalisti axtarışa verildi

21:08 - 12 Sentyabr 2024

Məşhur kanalın jurnalisti axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi "CNN" telekanalının jurnalisti Nik Peyton Uolşu dövlət sərhədini qanunsuz keçməsi səbəbindən axtarışa verib.

 

Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 1977-ci il təvəllüdlü ingilis vətəndaşı Uolş Rusiya Federasiyasında axtarışdadır.

"CNN" jurnalisti Uolşa qarşı dövlət sərhədini qanunsuz keçmə maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci maddəsinin 3-cü hissəsi) işin başlandığını elan edilib. 

Axtarışda olanlar siyahısında Uolşdan başqa, 1977-ci il təvəllüdlü italyan jurnalist Stefani Battistini də var. 

Qeyd edək ki, dövlət sərhədini qanunsuz keçmə maddəsində beş illik azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutulur.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin