ÜST meymunçiçəyi virusuna qarşı ilk peyvəndi təsdiqlədi

15:00 - 13 Sentyabr 2024

ÜST meymunçiçəyi virusuna qarşı ilk peyvəndi təsdiqlədi

ÜST-dən edilən yazılı açıqlamada, Bavarian Nordic tərəfindən istehsal edilən "MVA-BN" peyvəndinin ÜST-nin meymunçiçəyi virusuna qarşı əvvəlcədən təyin edilmiş peyvənd siyahısına əlavə edildiyi bildirildi.

 

Manset.az Trthaber.com-a istinadən xəbər verir ki, açıqlamada İmmunlaşdırma üzrə Mütəxəssislərin Məsləhət Qrupunun (SAGE) bütün mövcud sübutları araşdırdığı və məruz qalma riski yüksək olan insanlar üçün MVA-BN peyvəndinin istifadəsini tövsiyə etdiyi vurğulanıb və peyvəndin 18 yaşdan yuxarı insanlara 4 həftə ara ilə 2 dozada tətbiq oluna bilər.

Açıqlamada MVA-BN-nin hazırda 18 yaşdan kiçiklər üçün lisenziyası olmadığı, peyvəndin körpələrdə, uşaqlarda, yeniyetmələrdə, hamilə qadınlarda və immun sistemi zəif olan insanlarda “etiketdən kənar” istifadə oluna biləcəyi vurğulanıb. 

Məsələni sosial media platforması X-də paylaşan ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus, bunun həm Afrikadakı mövcud epidemiyalarla, həm də gələcəkdə xəstəliklə mübarizədə mühüm addım olduğunu bildirib.

 


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin