Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı
4 Dekabr 2024
19:48 - 14 Sentyabr 2024
Azərbaycanda noyabr ayında baş tutacaq COP29 tədbirinə görə qeyri-iş günləri maraq doğurur.
Manset.az bildirir ki, rəsmi olaraq noyabrın 8-i və 9-u qeyri-iş günləridir. Noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd edilir. Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü elan olunub. Beləliklə, noyabrın 8-dən 11-dək ardıcıl olaraq 4 gün qeyri-iş günü olacaq.
Bəzi mənbələr noyabrın 12-si Konstitusiya Günü ilə bağlı qeyri-iş günü olacağı barədə məlumat yayıb, lakin bu barədə hələ rəsmi təsdiq yoxdur.
Qeyd edək ki, COP29 tədbiri ilə əlaqədar ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək müəyyən edilib. Bakı, Sumqayıt və Abşeron rayonlarında peşə, orta ixtisas və ali təhsil müəssisələrində də həmin müddət ərzində distant təhsil tətbiq ediləcək. Dövlət qurumlarında isə işçilərin yalnız 30%-i işə cəlb olunacaq, qalan 70% isə məsafədən işləyəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin