Mehriban Əliyevadan Ümummilli Liderin anım günü ilə əlaqədar PAYLAŞIM
12 Dekabr 2024
17:40 - 15 Sentyabr 2024
Sentyabrın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Manset.az xəbər verir ki, əvvəlcə Komissiyanın sentyabrin 13-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, media nümayəndələrinin, maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
Mərkəzi Seçki Komissiyası daxil olan müraciətlərin və müxtəlif mənbələrdən əldə edilən məlumatların obyektiv, hərtərəfli və ərizəçilərin də iştirakı ilə tam şəffaf araşdırılması nəticəsində Milli Məclisə seçkilər keçirilən 23 saylı Nəsimi–Səbail seçki dairəsinin 17, 24 saylı Nizami birinci seçki dairəsinin 4, 6, 28, 31 və 33 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan halları nəzərə alaraq, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab edib.
İclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin