Bu gün seçkilərə yekun vurulacaq

10:05 - 16 Sentyabr 2024

Bu gün seçkilərə yekun vurulacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, iclasda Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması məsələsi müzakirəyə çıxarılacaq.

Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin