Rusiya Federasiyası Yaponiyadan balıq tədarükünə qadağa qoyub.
Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, buna səbəb təhlükəsizliyi təmin etməkdir.
Keçən avqust ayında Yaponiya zədələnmiş atom elektrik stansiyasının reaktorlarını soyutmaq üçün istifadə edilən suyu buraxmağa başlayıb.
Rusiya tərəfi bununla bağlı xəbərdalıq göndərsə də onlara heç bir cavab verilməyib.