Rusiyada nüvə raketinin sınağı yenidən uğursuz oldu

13:35 - 22 Sentyabr 2024

Rusiyada nüvə raketinin sınağı yenidən uğursuz oldu

Rusiyanın "RS-28 Sarmat" qitələrarası nüvə raketi sınaq zamanı buraxılış quyusundaca partlayıb.

 

Manset.az bu barədə Oxu.az-a istinadən xəbər verir.

Əcnəbi analitiklərin fikrincə, "Sarmat"ın sonuncu uğurlu sınağı 20 aprel 2022-ci ildə baş tutub.

Təxminən sentyabrın 20-si və ya 21-i keçirilən Plesetsk kosmodromu yaxınlığındakı sınaqlarda isə raket buraxılış quyusundaca partlayıb və özündən sonra nəhəng krater izi buraxıb.

İddialara görə, bu, raketin dördüncü uğursuz sınağıdır.


Xəbər xətti

13 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin