İsrail Müdafiə Qüvvələri (SAXAL) İraqdan atılan hava hədəflərini vurub.
Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, İraqdan bir neçə hava hədəfi ələ keçirilib və onların İsrail ərazisinə çatmasına imkan verilməyib.
“Bu yaxınlarda cənub Colan Təpələrində səslənən sirenlərdən sonra İraqdan İsrailə bir neçə şübhəli hava hədəfi yaxınlaşıb. Hədəflər ələ keçirilib”, - deyə SAXAL-ın məlumatında qeyd olunub.
Bundan əvvəl İsrail Livandan 100-dən çox raket atıldığını açıqlayıb.