Azərbaycanın ilk lazer silahı nümayiş etdirilib.
Manset.az Report.az-a istinadən xəbər verir ki, nümayiş ADEX sərgisində təşkil edilib.
"Fireforce" lazer silahının gücü 30 kilovat, çəkisi 900 kiloqramdır. Azərbaycan mühəndisləri tərəfindən hazırlanan silah yüngül zirehli avtomobil üzərində yerləşdirilib.