"Real Madrid"in hücumçusu Kilian Mbappe Fransa komandalarından biri olan "Kaen" klubunun səhmlərinin 80 faizini alıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Mbappenin sahibi olduğu "Kaen", Liqa 2-də 4 matçda cəmi 1 xal qazandıqdan sonra ardıcıl iki qələbə ilə gündəmə düşüb və 7 xalla reytinqdə 13-cü yerə yüksəlib.
Qeyd edək ki, 25 yaşlı Kilian Mbappe futbol klubuna sahib olan ən gənc oyunçudur.