Slovakiyanın hökumət ofisi 2024-cü ilin mayında sui-qəsd cəhdindən sağ çıxan Baş nazir Robert Fikoya ünvanlanmış içərisində güllə olan məktub alıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Slovakiya Nazirlər Kabinetinin mətbuat xidməti qeyd edib ki, güllə səhər poçt yoxlaması zamanı müəyyən edilib və zərfi göndərən şəxsin kimliyi məlum deyil.
Xatırladaq ki, mayın 15-də Baş nazir Fiko Gandlova şəhərində açılan atəş nəticəsində yaralanıb. Hücum edən şəxs ona bir neçə dəfə atəş açıb, bundan sonra nazir xəstəxanaya yerləşdirilib.