BMT-dən İsrailə XƏBƏRDARLIQ

15:53 - 1 Oktyabr 2024

BMT-dən İsrailə XƏBƏRDARLIQ

BMT-nin Livandakı sülhməramlı qüvvəsi (UNFIL) bildirib ki, o, israillilərdən Livan ərazisində məhdud quru əməliyyatı keçirmək niyyəti barədə bildiriş alıb və İsrail hərbi rəhbərliyinə sərhədin hər hansı pozulmasının təxribat sayılacağını bildirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“İstənilən sərhəd keçidi Livanın suverenliyi və ərazi bütövlüyünün pozulması, habelə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin (2006-cı ildə İsrail-Livan münaqişəsinə son qoyan) pozulmasıdır”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullah hədəflərinə qarşı məhdud quru reydlərinin başladığını elan edib və Livanın cənubundakı 25 kəndin sakinlərini təxliyə etməyə çağırıb


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin