Baydenin müşaviri İlham Əliyevin qəbulunda
9 Oktyabr 2024
10:05 - 2 Oktyabr 2024
Yəhudi dininin tərəfdarları Roş-Ha-Şana bayramını və ya yəhudi təqviminə görə dünyanın yarandığı vaxta təsadüf edən yeni 5785-ci ili qeyd edəcəklər.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bayram münasibətilə süfrəyə bal, alma, bişmiş yerkökü, başlı balıq, nar və bol çörək veriləcək.
Eyni zamanda, Roş-Ha-Şanada acı və turş yeməklər qadağandır. Bu qayda "gələn il şirin olsun, uğursuzluqlar və kədərdən xilas olsun" mənasını daşıyır.
Xüsusi nəfəs aləti olan şofarın səsini eşitmək yəhudilərin "Yeni il"inin əsas əmridir. Ehtimal olunur ki, bu səslər ruhun oyanmasına xidmət edir və insanı öz hərəkətlərini dərk etməyə sövq edir. Yəhudi inanclarına görə, Roş-Ha-Şanada insanların yaxşı və pis əməlləri səmavi tərəzidə ölçülür və gələn ildə insanın taleyinin necə olacağına Allah qərar verir. Bayramın ciddi mənasına baxmayaraq, Roş-Ha-Şanada əylənmək, dadlı yeməklər yemək və Uca Yaradanın müsbət hökmünə inanmaq adətdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin