İranın İsrailə raket hücumlarından sonra paytaxt Tehranın İnqilab meydanında “Müharibə istəyirsənsə, biz müharibənin ustasıyıq” yazılmış nəhəng plakat asılıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Plakatda həmçinin İranın İsrailə raket hücumlarının görüntüləri də yer alıb.
Sosial mediaya yayılan görüntülər gündəm mövzusuna çevrilib.
Ətraflı videomaterialda:
Fidan Əliyeva
Manşet.az