İsrailin məlumatları İranın oktyabrın 1-də atdığı raket hücumunda yüzlərlə strukturun zədələndiyini göstərir.
Manset.az bu barədə İsrailin "Jerusalem Post" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, hücum 40-53 milyon dollar (68-90 milyon manat) arasında ziyana səbəb olub.
Bu məbləğ 2023-cü il oktyabrın 7-də Qəzzaya qarşı müharibə başlayandan bəri İsrailin verdiyi ən böyük itki kimi qeydə alınıb.
1 oktyabr hücumundan sonrakı iki həftə ərzində təxminən 2500 tələb irəli sürülüb.
İddiaların yarısından çoxu Təl-Əvivin şimalındakı mənzillərə və bizneslərə dəyən ziyanla bağlı idi. Zərərlərin qalan hissəsi İsrailin mərkəzində, Təl-Əvivin cənubunda, məktəblər də daxil olmaqla, digər ərazilərdə cəmləşib.
Qeyd edək ki, raketlərin ələ keçirildiyi zaman dağıntıların düşməsinin nə qədər zərər verdiyi hələlik açıqlanmır.
Fidan Əliyeva
Manşet.az