“Səbail” “Zirə”yə -  “Turan” “Neftçi”yə qarşı

09:55 - 10 May 2025

“Səbail” “Zirə”yə -  “Turan” “Neftçi”yə qarşı

Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilir.


Manset.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Öncə “Səbail” “Zirə”ni qəbul edəcək. Günün digər oyununda “Turan Tovuz” evdə “Neftçi” ilə üz-üzə gələcək.

Turun ilk oyununda “Sabah” “Şamaxı”ya 3:1 hesabıyla qalib gəlib. “Kəpəz” – “Sumqayıt” və “Qarabağ”– “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
34-cü tur
10 may

“Səbail” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.
“Bayıl Arena”, 17:00.

“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 19:30.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv