Baş nazirdən mühüm QƏRAR

10:00 - 16 Oktyabr 2024

Baş nazirdən mühüm QƏRAR

Diri və soyudulmuş balıq növlərinin və təhlükəsizlik ayaqqabılarının idxalına yeni gömrük rüsumu müəyyən olunub.


Nazirlər Kabinetindən Manset.az-a verilən xəbərə görə, bu Qərar yerli istehsalçılardan daxil olan müraciətlər nəzərə alınmaqla, daxili istehsalın rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qəbul edilib.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına əsasən bir sıra diri və soyudulmuş balıq növlərinin idxalına 0% dərəcəsində, təhlükəsizlik ayaqqabılarının idxalına isə 15% dərəcəsində gömrük rüsumu müəyyən olunmuşdur.

Qəbul edilən Nazirlər Kabinetinin 453 nömrəli Qərarına əsasən 30.06.2026-cı il tarixinədək bir sıra diri və soyudulmuş balıq növləri üzrə idxal gömrük rüsumları 0% dərəcəsindən 15% dərəcəsinə yüksəldilir, həmçinin təhlükəsizlik ayaqqabılarının idxalına tətbiq olunan gömrük rüsumları 15% dərəcəsindən artırılaraq spesifik rüsum formasında 1 cüt üçün 9 ABŞ dolları məbləğində müəyyən olunur.

Qərarın qəbul edilməsi nəticəsində yerli məhsulların analoji idxal mallarına münasibətdə rəqabət qabiliyyətinin artırılması proqnozlaşdırılır.


Xəbər xətti

4 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin