Yeni araşdırma yaşlanma əlamətlərini yavaşlatmağa kömək edə bilər

01:00 - 17 Oktyabr 2024

Yeni araşdırma yaşlanma əlamətlərini yavaşlatmağa kömək edə bilər

Britaniyadakı dəri ilə bağlı yeni araşdırma yaşlanma əlamətlərini yavaşlatmağa kömək edə bilər.

 

Manset.az xəbər verir ki, Kembricdəki “Wellcome Sanger İnstitutu”nda aparılan araşdırma zamanı bir qrup alim insan bədəninin kök hüceyrədən dəri yaratma prosesini kəşf edib və hətta laboratoriyada kiçik miqdarda dəri istehsal edib.

Bu kəşf yalnız yaşlanmaya qarşı mübarizə üçün deyil, həm də nəql üçün süni dəri istehsalı və çapıqların qarşısını almaq üçün istifadə edilə bilər. “Human Cell Atlas” (İnsanın hüceyrə atlası) layihəsi biologiyada ən iddialı tədqiqat proqramlarından biridir. Layihə beynəlxalq xarakter daşısa da, əsasən Kembricdəki “Wellcome Sanger İnstitutu”nda aparılır. Layihə fəaliyyət göstərdiyi 8 il ərzində bədənin müxtəlif yerlərindən 100 milyon hüceyrəni analiz edib.

Layihənin rəhbərlərindən biri, professor Muzlifah Haniffa bu kəşfin alimlərə xəstəlikləri daha effektiv müalicə etməyə, eyni zamanda insanlara daha uzun müddət sağlam qalmağın və bəlkə də daha gənc görünməyin yollarını tapmağa kömək edəcəyini bildirib.


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin