İspaniyanın Valensiya bölgəsində baş verən daşqın nəticəsində 158 nəfər ölüb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, 28 yaşlı futbolçu Xose Kastilyexo da sel qurbanları arasındadır. Valensiya və onların keçmiş komandaları sosial mediada başsağlığı verib.
Təbii fəlakətdən sonra şəhərdəki tədbirlər təxirə salınıb. Region prezidenti yaraların sağalması üçün ordudan dəstək istəyib.