Prezident bu universitetə yeni rektor TƏYİN ETDİ
3 Dekabr 2024
13:04 - 7 Noyabr 2024
Bu il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransının dünya ictimaiyyətinə təqdim olunması üçün tədbir məkanı olan Bakı Stadionundan yüksək keyfiyyətli yayımı təmin etmək məqsədilə Bakı Media Mərkəzi COP29 konfransının rəsmi yayım şirkəti təyin olunub.
Manset.az xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın peşəkar audiovizual istehsalçısı olan Bakı Media Mərkəzi dünya izləyicilərinə COP29 çərçivəsində yer alacaq qlobal iqlim fəaliyyətini canlı rejimdə onlayn izləmək imkanını yaradacaq.
Konfransın hər bir anını qeydə almaq məqsədilə tədbir məkanının müxtəlif zalları, auditoriyaları, görüş otaqları və digər müxtəlif sahələrində yerləşdiriləcək müasir yayım avadanlıqları sayəsində şirkət konfrans çərçivəsində keçirilən bütün mühüm tədbirlərin və müzakirələrin fasiləsiz canlı yayımını təmin edəcək.
İrimiqyaslı tədbirlərin yayımında geniş təcrübəyə malik olan Bakı Media Mərkəzi tərəfindən COP29 üçün müasir texnoloji imkanlarla yanaşı peşəkar işçi heyəti də cəlb ediləcək. Belə ki, yayımın reallaşdırılması məqsədilə şirkət tərəfindən 300-dən çox yayım mütəxəssisi cəlb olunacaq. Bakı Media Mərkəzinin COP29-la əməkdaşlığı yalnız yayım ilə məhdudlaşmayaraq, həmçinin foto və videomaterialların təmin edilməsini də nəzərdə tutur.
Rəsmi yayım şirkəti olaraq Bakı Media Mərkəzi ilə əməkdaşlıq mühüm qlobal əhəmiyyətli tədbir çərçivəsində istehsal edilən multimedia materiallarının qorunmasına dair zəmanəti də əhatə edir.
Bu tərəfdaşlıq COP29-un beynəlxalq səviyyədə yüksək standartlara uyğun media təqdimatını təmin etməklə yanaşı, konfransın ehtiva etdiyi əsas mesajları qlobal auditoriyaya effektiv və geniş miqyasda çatdırılmasına xidmət edəcək. Belə ki, bu vacib vəzifəni icra edəcək Bakı Media Mərkəzi yüksək keyfiyyətli yayım vasitəsilə tarixi məqamların əlçatan olmasını təmin etmək istiqamətində daima səy göstərdiyini bir daha nümayiş etdirir. Tərəfdaşlıq çərçivəsində şirkətin zəngin təcrübəsi, müasir yanaşması və peşəkarlığı nəticəsində COP29 konfransının dünyanın istənilən nöqtəsindən istənilən şəxs tərəfindən fasiləsiz izlənməsinə şərait yaradılacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin