Vəfat edən meyxanaçının evindən ürəkdağlayan GÖRÜNTÜLƏR
3 Dekabr 2024
23:40 - 7 Noyabr 2024
Noyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Zəfər Günü münasibətilə “Kibertəhklükəsizlik laboratoriyası”nın açılışı olub.
Manset.az xəbər verir ki,, açılış mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, millət vəkili Tahir Mirkişili, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, professor Rasim Əliquliyev, “Prosol” şirkətinin həmtəsisçisi və İdarə heyətinin sədri Babək Ağayev, universitetin professor-müəllim heyəti iştirak edib.
Rektor əvəzi, dosent Vazeh Əskərov Zəfər bayramı ərəfəsində universitetdə belə bir auditoriyanın açlmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Kibertəhlükəsizliyin bütövlükdə milli təhlükəsizliyin tərkib hissəsi olduğunu qeyd edən dosent Vazeh Əskərov ordumuzun döyüş meydanında əbədi zəfərini qazanmasına baxmayaraq informasiya müharibəsinin davam etdiyini bildirib. Universitetdə informasiya texologiyaları, kompüter elmləri və mühəndisliyi ixtisasları üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişdirildiyini nəzərə çatdıran dosent Vazeh Əskərov “Kibertəhklükəsizlik laboratoriyası” açılmasının bu istiqamətdə təhsil alan tələbələrin yetişdirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.
Millət vəkili Tahir Mirkişili, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev, “Prosol” şirkətinin həmtəsisçisi və İdarə heyətinin sədri Babək Ağayev çıxışlarında ADNSU-nun dövlətimiz və xalqımız üçün yetişdirdiyi mütəxəssislərə hər zaman ehtiyac olduğunu vurğuayıblar. Çıxışlarda qeyd olunub ki, bugünkü mütəxəsis müasir dövrün tələblərinə uyğun yetişdirilməlidir və ADNSU-da bu istiqamətdə xüsusi tədris aparılır.
Sonda laboratoriyanın açılışının simvolu olan rəmzi lent kəsilib, qonaqlar burada tələbələr üçün yaradılmış şəraitlə tanış olunblar. Laboratoriyanın açılış mərasimindən sonra tədbir iştirakçıları ADNSU-nun 23 şəhid məzunun Xatirə kompleksini ziyarət edib, onların adlarını daşıyan auditoriyalara baş çəkiblər.
Qeyd edək ki, laboratoriya universitetin İnformasiya Təhlükəsizliyi və İdarəetmə fakültəsinin (İTİF) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan tələbələrinin fərqli kiberhücumların, onlardan müdafiələrin və müəyyən kiber insidentlərin analizini aparmaq üçün əlverişli alətlər təklif edir.
3 otaqdan ibarət laboratoriya 30 ədəd kompüter və lazımi proqram təminatı ilə təchiz olunub. Otaqlar kibertəhlükəsizlik tədrisi məqsədi ilə komandalara bölünüb. Labrotoriya kibertəhlükəsizlik istiqamətində DLP (məlumat itkisinin qorunması), yüksək giriş və icazələr üzərində nəzarətin həyata keçirilməsinə dair kibertəhlükəsizlik strategiyalarından və texnologiyalarından istifadə edilməsi üçün proqram təminatıdır. Eyni zamanda laboratoriya SIEM "Təhlükəsizlik Məlumatları və Hadisə İdarəetməsi” IT infrastrukturunda təhlükəsizlik hadisələri haqqında real vaxtda insidentləri monitorinq və analiz etmə imkanı verən proqram təminatından istifadə üçün şərait yaradır.
SIEM sistemləri, kibertəhlükəsizlik hücumları və ya icazəsiz giriş cəhdləri kimi təhlükəsizlik təhdidlərini aşkar etmək, analiz etmək və onlara cavab vermək üçün müxtəlif mənbələrdən məlumatları toplayaraq və analiz edərək təşkilatlara kömək etmək üçün hazırlanan simulyasiya proqram təminatıdır və laboratoriyada bu proqram müvafiq istiqamətdə tədrisin keyfiyyətinin artırılmasına dəstək verəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin