"Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik" - XİN

10:47 - 10 Noyabr 2024

\"Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik\" - XİN

Azərbaycanın Xarici İşlər Nazirliyi "X" hesabında Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, paylaşımda deyilir:

"Qardaş Türkiyə Respublikasının banisi, Türk millətinin dahi oğlu, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırmış qazi Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür.

Bu ağır gündə, dahi Mustafa Kamal Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik".

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az